Karlos Sayns tarix yazdı - Las Veqas Qran-prisində unikal rekord

"Williams" komandasında çıxış edən Karlos Sayns tarixi bir rekorda imza atıb. O, indiyədək keçirilmiş üç Las Veqas Qran-prisinin təsnifat mərhələsində hər dəfə podiuma yüksələn yeganə pilotdur.

meqale.com championat.com-a istinadən xəbər verir ki, Sayns 2023 və 2024-cü illərdə "Ferrari" ilə təsnifat mərhələsində ikinci yeri tutub. Bu mövsüm isə Las Veqas yarışının təsnifat mərhələsində üçüncü olub.

Qeyd edək ki, builki Las Veqas Qran-prisinin final mərhələsi noyabrın 23-də, Bakı vaxtı ilə saat 08:00-da start götürəcək.