"İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"

"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızların çoxu hicablı deyildi, amma çox ləyaqətli idilər".

"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızların çoxu hicablı deyildi, amma çox ləyaqətli idilər".

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışarkən səsləndirib.

O bildirib ki, həmin dövrdə tələbə qızların çoxu hicab taxmırdı, ancaq buna baxmayaraq, öz ləyaqətləri və nümunəvi davranışları ilə seçilirdilər.

"Qızların heç biri başqa cür davrana bilməzdi. O vaxt kimsə onlara söz ata və ya hörmətsizlik edə bilməzdi", - deyə prezident vurğulayıb.

İran prezidentinin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb. Bir çoxu Pezeşkianın xatırlatdığı dövrün tələbə həyatının və davranışlarının müsbət tərəflərini qiymətləndirib, digərləri isə müasir vəziyyətlə müqayisədə fikirlərini bölüşüblər.