İlon Mask süni intellekt şirkəti yaratdı
İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq şirkətin yaradılmasını elan edib.
meqale.com oxuya istinadən bildirir ki, "Reallığı anlamaq üçün xAI-nin yaradılmasını elan edirik", - o, çərşənbə günü "Twitter"d' yazıb.
Eyni zamanda x.ai internet saytı da fəaliyyətə başlayıb.
Şirkətə "Google", "Microsoft" və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçilərinin cəlb ediləcəyi bildirilib. Mask həmçinin iyulun 14-də "Twitter Spaces" yayımı zamanı yeni şirkətlə bağlı sualları cavablandıracağını açıqlayıb.