İllərdir makiyajla yatır - FOTO
Türkiyəli müğənni Safiye Soyman makiyaj sirrini açıqlayıb.
meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, TV8-in canlı efirində qonaq olan müğənni Safiye Soyman illərdir makiyajını gecə çıxarmadığını etiraf edib.
Sözügedən açıqlamasında ifaçı bildirib ki, hər gecə makiyajla yatır:
"Baxıram ki, üzüm nəmlidir, yumuram. Kirpiklərimi çıxartmıram və arxası üstə, dönmədən yatıram. Bu səbəbdən də dərim həmişə gözəl və parlaq görünür."
Safiye Soymanın bu etirafı sosial mediada böyük maraq doğurub və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.