İlkin Zaurun sözlərinə etiraz etdi
"Televiziyanı günahlandırılar. Bəzi halda razıyam... Amma sosial media televiziyanın üstünə keçib. Televizoru çoxu açmır. Hamının əlində telefon var. Avtobusda, metroda, maşında hamı əlində telefon gəzir. TikTok-u açırıq onlar gəlir".
meqale.com xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. O, bayağı mahnı ifaçılarının verilişlərə dəvət edilməsini tənqid edənlərə cavab verib.
Proqramda qonaq olan Əməkdar artist İlkin Əhmədov ona etiraz edib və "Yanlışdır, razılaşmıram. Əvvəl deyirdik, filankəslər sosial şəbəkədə trenddir, amma efirdə görmürük, şükür. Deyirdilər, efirə çıxanlar sanballıdır. Efir ilə sosial şəbəkəni eyniləşdirə bilmərik" sözlərini söyləyib.