İki maşın ötüşdü, 7 maşın toqquşdu...

Cəlilabadda 7 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

İki maşın ötüşdü, 7 maşın toqquşdu...
Cəlilabadda 7 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

meqale.com "report"a istinadən bildirir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəzaya səbəb iki avtomobilin ötüşməsi olub.

Ümumilikdə 3 "Mersedes", "VAZ 2107", "BMV", "Prado" və "Şevrolet" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı xəsarət alanların olub-olması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.