450 minlik çantası gündəm oldu - FOTO
Məşhur türkiyəli müğənni Demet Akalın dəbdəbəli aksesuarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi şəxsi sosial media hesabında dünyaca məşhur brendlərdən birinə məxsus bahalı çantasını nümayiş etdirib.
Bildirilir ki, Demet Akalın bu çanta üçün təxminən 450 min türk lirəsi (təxminən 18 min manat) ödədiyi iddia olunur.
Müğənni paylaşımına "Balaca yeni körpə, bizə şans gətir" qeydi əlavə edib. Qısa zamanda diqqət çəkən bu paylaşım sosial şəbəkə istifadəçiləri arasında böyük maraq doğurub və çantanın qiyməti geniş müzakirə mövzusuna çevrilib.
Hazırda məsələ ilə bağlı sənətçidən əlavə açıqlama verilməyib.