HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürdü

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürdü
İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

meqale.com report-a istinadən xəbər verir ki, İranın "Hamshahri" saytında bu barədə video yayılıb.

Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub.

Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir.

Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir.