HƏMAS bu hücumla elə bir uğur qazandı ki... - İsrailli ekspert
İsrail HƏMAS-ın hücumuna hazır deyildi.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri israilli ekspert David Gendelman HƏMAS-ın İsrailə hücumunu şərh edərkən deyib.
"İsrail kəşfiyyatının qiymətləndirməsi belə idi ki, indi HƏMAS-la gərginlik yaratmaq sərfəli deyil. Son həftələrdə Qəzza sakinlərinə İsraildə daha çox iş icazəsi verilib. Hətta Qəzzaya Qətərin növbəti maliyyə yardımı ayrılmışdı və s... Deməli, ehtimal edilirdi ki, onların hazırki tələbləri təmin edilib və onlar indi döyüşməyəcəklər. Təlimlər isə sadəcə hər zaman olduğu kimi mövsümi xarakter daşıyırdı.