"Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil" - Kevin Medina
"Qarabağ"ın futbolçusu Kevin Medina Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"lə sabahkı matç haqda danışıb.
meqale.com xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında oyunun çətin keçəcəyini deyib:
"Bu matç həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə "Atletik" komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq".