Günay Pərivinə söz atdı: "İnandırıcı deyil"

Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif almışdım, şərtləri çətin idi" açıqlamasına münasibət bildirib.

Günay Pərivinə söz atdı:
Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif almışdım, şərtləri çətin idi" açıqlamasına münasibət bildirib.

meqale.com xəbər verir ki, o, sənətçinin səsləndirdiyi fikirləri real hesab etmədiyini deyib:

"Uzun illərdir müxtəlif serial və filmlərdə rol alıram, amma Pərvinin bəhs etdiyi kimi şərtlərlə qarşılaşmamışam. Hər layihədə müqavilə olur, modellikdə də razılaşma imzalanır. Amma o dediyi şərtləri ilk dəfə eşidirəm, mənə inandırıcı gəlmir".

O, Pərvin Abıyevaya simpatiyası olduğunu vurğulasa da, bəzi açıqlamaların şişirdildiyini düşündüyünü əlavə edib:

"Hərdən saytlarda oxuyuram ki, guya Türkiyədən təklif gəlib, o da qəbul etməyib. İnsanlar niyə belə danışmaq məcburiyyətində qalır, anlaya bilmirəm. Ona görə də hər deyilənə inanmaq lazım deyil".

Günayın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.