“Gmail”-ə yeni FUNKSİYA gəlir
"Google" "Gmail"ə reaksiya funksiyasını gətirməyi planlaşdırır.
meqale.com Trend-ə istinadən bildirir ki, bu funksiya mesajlaşma proqramlarında olduğu kimi, elektron poçtlara "emoji"lər əlavə etməyə imkan verəcək.
Bu yenilik, əslində, ilk dəfə bir neçə həftə əvvəl "Gmail"in "iOS" proqramında aşkar edilib. Artıq "Android"də də yeniliyin tətbiqinə başlanılıb.