Gələn il Azərbaycanda orta aylıq pensiya bu qədər olacaq
Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.
meqale.com report-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, Cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.