Ermənistanın Rusiyaya yolu yenə BAĞLANDI

Gürcüstandan Rusiyaya gedən yol (Yuxarı Lars keçid məntəqəsi - red.) bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Ermənistanın Rusiyaya yolu yenə BAĞLANDI
Gürcüstandan Rusiyaya gedən yol (Yuxarı Lars keçid məntəqəsi - red.) bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib .

"Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq minik avtomobilləri və sərnişin daşımaları üçün də nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda yol bütün növ nəqliyyat vasitələri üçün bağlıdır", - Akopyan bildirib.

Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanla Rusiya arasında quru əlaqəni təmin edən yeganə yoldur.