Ermənistan ordusunun iki zabiti həbs edildi

Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti həbs edilib.

Ermənistan ordusunun iki zabiti həbs edildi
Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti həbs edilib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, korpus komandirinin müavini və bölük komandirinin müavini şəxsi heyət arasında çaxnaşma yaratmaq üçün birlikdə plan hazırlayaraq cinayət törətməkdə ittiham olunurlar.

Həmçinin əlavə olunub ki, onlar bu əməlləri 2020-ci ildə Qarabağda 44 günlük müharibə zamanı törədiblər.