Ərazilərimiz narkotik tranziti üçün istifadə olunub - DİN rəsmisi
Azərbaycanın nəzarətinə keçən ərazilər narkotik tranziti üçün istifadə olunurdu.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Hazırda ekspertizalar davam edir. Ekspertizanın nəticələrindən sonra bir çox məqamlara aydınlıq gətiriləcək", - deyə o, vurğulayıb.