Enerji içkiləri zərərlidirsə, niyə satılır? - AÇIQLAMA

Enerji içkilərinin insanlara zərərləri tez-tez müzakirə olunan məsələlərdən biridir. Son illərdə xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu içkilər bəzən enerji verməsi və yorğunluğu azaltması ilə təbliğ edilsə də, onların tərkibində olan maddələr orqanizmə müxtəlif mənfi təsirlər göstərə bilər. Belə ki, enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.

Bəs, sözügedən içkilərin zərərlərinə baxmayaraq, uşaqlara belə satılması nə dərəcədə doğrudur?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov meqale.com-a açıqlamasında bildiri ki, enerji içkilərinin etiketlərində bütün məlumatlar qeyd olunub.

E.Hüseynovun sözlərinə görə, istehsalçılar açıq şəkildə bildirirlər ki, bu içkilər zəif orqanizmlərə, xəstələrə və xüsusilə azyaşlı uşaqlara mənfi təsir göstərir:

"Əgər hər hansı məhsul zəif və xəstə insanlara zərərlidirsə, onun sağlam insanlara faydalı olacağı da şübhə doğurur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə mühüm addım atdığını qeyd edən həmsöhbətimiz əlavə edib ki, təxminən 4 il əvvəl energetik içkilərin yerli istehsalı və xaricdən idxalı üçün standart qəbul edilib:

"Həmin standart tərkibində asılılıq yaradan maddələrin miqdarının minimuma endirilməsini tələb edir və bu gün bazarda olan enerji içkiləri həmin qaydalara uyğun istehsal və idxal olunur".

Bununla belə nəzərə çatdırıb ki, bu içkiləri tam qadağan etmək də doğru olmaz. İzah edib ki, bazar tələb-təklif qanunu ilə işləyir: