"Əməkdaşlığımızın çox böyük potensialı mövcuddur"
Uzun illər ərzində Azərbaycan və Almaniya arasında bir çox sahədə əlaqələr uğurla inkişaf edir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.
"Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya şirkətləri Azərbayacana 810 milyon dollar, Azərbaycan isə Almaniyaya 550 milyon dollar investisiya qoyub. Əməkdaşlığımızın çox böyük potensialı mövcuddur",- deyə nazir əlavə edib.
Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.
meqale.com