Əməkdar artistlə bağlı acı xəbər

"Atamın beyninə gedən qan damarları sıxılıb deyə beyinə qan sızıb. Onun həyata qayıdışı Allahın möcüzəsinə qalıb. Həkimlər heç nə deyə bilmirlər. Hamımız böyük ümidlə gözləyirik".

meqale.com xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O, bildirib ki, atası Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülüb.

"İndi ilk iş insultun nəticələrini aradan qaldırmaqdır. Atamın bədəni bərpa olunmalıdır ki, onu ikinci dəfə əməliyyat edə bilsinlər. Vəziyyəti çox ağırdır, nə danışa, nə də hərəkət edə bilir. Gözlərini açıb ətrafa baxır, amma reaksiya verə bilmir. Atam bu gün Allahın ümidinə qalıb, yalnız onun lütfü ilə həyata qayıda bilər. Həkimlər əllərindən gələni edirlər".