Elman Cəfərov vəfat etdi - FOTO

Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin "Təsviri incəsənət" kafedrasının müəllimi Elman Məhərrəm oğlu Cəfərov vəfat edib.

Elman Cəfərov vəfat etdi - FOTO
Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin "Təsviri incəsənət" kafedrasının müəllimi Elman Məhərrəm oğlu Cəfərov vəfat edib.

meqale.com xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd edək ki, E.Cəfərov 1951-ci il iyulun 5-də Naxçıvan şəhərində anadan olub. O, heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.

Elman Cəfərovun müəllifi olduğu "Babək"in atlı heykəli, "Dədə Qorqud" heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çox sayda rəngkarlıq əsəri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur. Əsərləri Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Hüseyn Cavidin Ev Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.