"Əllərin sehri" adlı yaradıcılıq müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,  Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dəstəyi, Azərbaycan Rəssamlar  İttifaqı, Azərbaycan Dövlət Rəsm  Qalereyası, Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya  naminə həmrəylik ili" çərçivəsində gəncliyin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin, əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərmək məqsədi ilə yeniyetmə  və gənclər arasında heykəltaraşlıq sahəsində "Əllərin sehri" adlı yaradıcılıq müsabiqəsi elan olunur.

Yaş həddi:  12-21

Yuxarı yaş qrupu öz arzusu ilə iştirak edə bilər.

Material: Karton, plastik, taxta, gil, metal, bədii plastilin Mövzu,ölçü: sərbəst

Son tarix: 15 oktyabr 2024    

Məlumat  anketi:

Müraciət ünvanı: [email protected]    

Iştirakçı  fiqur, kompozisiya və ya bir sənət nümunəsi təqdim edə bilər.                                              Seçim müəliflərin yaşı nəzərə alınmaqla aparılacaq. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı. Ən coxu 2 əsər göndərmək  olar.

Ən yaxşı 100 əsər seçilərək sərgilənəcək.Əsəri sərgilənən müəllifə sertifikat, fəal tədris müəssələrinə təşəkkürnamə təqdim olunacaq.

Əllərinizin qabiliyyətinə güvənin!

Əlavə suallar üçün 051-310-74 01 tel/whatsapp Sərgi Xətai Sənət Mərkəzində Keçiriləcək.