Əli Əsədov Mixail Mişustinə zəng edib

Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

Əli Əsədov Mixail Mişustinə zəng edib
Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən meqale.com-a verilən xəbərə görə, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının cari məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

İkitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə qarşılıqlı hazırlıq təsdiq edilib.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun