Əfsanəvi məşqçi vəfat etdi

Fransanın PSJ futbol klubunun ilk məşqçilərindən olan Robert Vikot 94 yaşında vəfat edib.

Əfsanəvi məşqçi vəfat etdi
Fransanın PSJ futbol klubunun ilk məşqçilərindən olan Robert Vikot 94 yaşında vəfat edib.

meqale.com Tribuna.com-a istinadən xəbər verir ki, Vikot 1970-ci illərin əvvəllərində paytaxt təmsilçisinin formalaşma illərində əsas rol oynayıb.

O, 1972-75-ci illər arasında PSJ-ni çalışdırıb. Vikot klubun üçüncü diviziondan birinci diviziona qədər yüksəlməsində xüsusi rol oynayıb.

Onun klubdakı işi PSJ-nin uzunmüddətli inkişafı üçün mühüm təməl hesab olunur.