Ebru Gündeş Şəmkirə gəlmək üçün 250 min dollar alıb?
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində iştirak edib.
meqale.com axşam.az-a istinadən bildirir ki, sənətçinin meneceri təşkilatçılardan 250 min dollar qonorar istəyib. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini deyib.
Toy sahiblərinin isə daha sonra hansı qiymətə və şərtlərlə razılaşdıqları məlum deyil.