Dünya Kuboku: Fransadan olan gimnast tamblinq üzrə proqramda qızıl medal qazandı

Fransanı təmsil edən idmançı Kendi Brier-Vetillard Bakıda keçirilən Dünya Kubokunda qadınlar arasında tamblinq proqramında 26,500 xal toplayaraq qızıl medal qazanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, Yunanıstanlı gimnast Aleksandra Efraimoğlu gümüş medala layiq görülüb, münsiflər onun çıxışını 26,100 xalla qiymətləndiriblər. Fransalı Mari Delojer 24.500 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.