Cüdoçularımız Zaqrebdə 1 qızıl və 2 bürünc medal qazandı- FOTO
Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridə qızıl medal qazanıb.
meqale.com xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki medal əlavə edib.
+100 kq çəkidə çıxış edən Kənan Nəsibov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. O, finalda Niderland idmançısı Yur Spaykersi ipponla üstələyib.
90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün gələrək bürünc medal qazanıb. Daha əvvəl isə Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnmişdi.