"Camaatı özünüzə güldürürsünüz"

Əməkdar artist Vasif Məhərrəmli sərt açıqlması ilə diqqət çəkib. 

Əməkdar artist Vasif Məhərrəmli sərt açıqlması ilə diqqət çəkib. 

meqale.com xəbər verir ki, müğənni toylarda onlara verilən şabaşı sosial şəbəkədə paylaşan həmkarlarını hədəf alıb.

Sənətçi bu hərəkətinə gülünc olduğunu bildirib:

"Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz. Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirmişəm".