Bu, Ukraynaya 186 milyard avro qazandıracaq

Ukrayna Avropa İttifaqına (Aİ) daxil olarsa, 7 il ərzində İttifaqın büdcəsindən 186 milyard avro əldə edəcək.

Bu, Ukraynaya 186 milyard avro qazandıracaq
Ukrayna Avropa İttifaqına (Aİ) daxil olarsa, 7 il ərzində İttifaqın büdcəsindən 186 milyard avro əldə edəcək.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Financial Times" qəzeti Aİ Şurası Katibliyinin yeni üzvlərin qəbulunun Aİ üçün maliyyə nəticələrini qiymətləndirən sənədinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bununla Aİ-nin bir neçə üzv dövləti netto ödəyici olacaq.

Qeyd edək ki, hazırda ümumilikdə 8 dövlət Aİ-yə namizəd statusuna malikdir. Bunlar Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinadır.