Bu təqaüdlər artırıla bilər - RƏSMİ AÇIQLAMA

Son dörd il ərzində, demək olar ki, hər il aparılan islahatlar çərçivəsində həm minimum əməkhaqqının, həm minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri artırılıb. Bu məsələ müntəzəm şəkildə həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyində müzakirə olunur.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, hər büdcə ilinin imkanları çərçivəsində bu məsələlərə baxılır.

"İstisna deyil ki, növbəti il üçün də bu məsələlərə baxılacaq. O cümlədən, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. Lakin müharibə, veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik. Çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına görə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır.