Bu qurumların adı dəyişdirilir
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, sazişin adında "Azərbaycan-Özbəkistan Investisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond)" sözləri ilə əvəz edilir.
Qeyd edək ki, saziş Azərbaycan Respublikasının Şuşa şəhərində 2023-cü il 18 iyul tarixində Azərbaycan, özbək və rus dillərində olmaqla, iki nüsxədə imzalanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib. Həmçinin, Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
"Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş"ə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə" layihəyə əsasən təşkilat Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.