Bu məsələ Avropa Şurası komissarı ilə müzakirə edilib
Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu yaxında Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qarşısında qaldırılıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında bildirib.
"Gözləyirik ki, tez bir zamanda xəbər alaq", - deyə Ombudsman qeyd edib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.
Daha sonra Ermənistan tərəfindən əsir götürülmüş əsgərlər - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama "məhkəmə prosesi"ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma "qərar" verilib.