Bu küçədə günün istənilən saatı sıxlıq var

Paytaxtın Məhəmməd Hadi küçəsində yaranan nəqliyyat problemi diqqətə çatdırılıb.

Bu küçədə günün istənilən saatı sıxlıq var
Paytaxtın Məhəmməd Hadi küçəsində yaranan nəqliyyat problemi diqqətə çatdırılıb.

meqale.com xəbər verir ki, küçənin Babək prospektinə yaxın hissəsində, "Əhmədli" metro stansiyası istiqamətində günün müxtəlif saatlarında ciddi sıxlıq müşahidə olunur. Sıxlığın əsas səbəbi düz istiqamətdə hərəkət edən avtomobillərin çoxluğu, üç hərəkət zolağından birinin yalnız sola dönənlər üçün, digərinin isə ictimai nəqliyyat üçün ayrılmasıdır.

Sakinlərin sözlərinə görə, bu vəziyyət avtomobillərin tez-tez siqnal verməsinə və ətrafdakıların narahat olmasına səbəb olur. Eyni zamanda, avtobus zolağının döngədən dərhal sonra başlaması və işıqforun aşağı buraxıcılıq qabiliyyəti sıxlığın daha da artmasına təsir göstərir.