Bu il yaşayış binalarında baş verən yanğınlarda neçə nəfər ölüb?
Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sözügedən yanğınlar nəticəsində 6 nəfər həyatını itirib.
"40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb",- qurumdan əlavə edilib.