Britaniya kəşfiyyatı: Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib

Britaniya kəşfiyyatı: Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşibRusiya Ukraynada apardığı müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında bildirilib. Kəşfiyyat Xidməti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin iyun hesabatına istinad edərək bildirib ki, Rusiyanın 2023-cü il üçün hərbi xərclər büdcəsi təxminən 6,6 trilyon rubldur (85,8 milyard dollar).

"Bu, Ukraynanın işğalından əvvəl 2021-ci ildəki 3,6 faizlə müqayisədə Rusiya ÜDM-nin təxminən 4,4 faizinə bərabərdir".

Britaniya Müdafiə Nazirliyi eyni zamanda qeyd edib ki, Rusiyanın həqiqi hərbi xərcləri şəffaflığın olmaması səbəbindən qeyri-müəyyən olaraq qalır.