BQXK-nın avtomobilləri Laçın sərhəd-buraxılış məntəqəsindən keçdi - VİDEO
Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında BQXK-nın minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid edib.
Bu fakt bir daha təsdiq edir ki, bəzi dairələrin iddia etdiyi kimi Azərbaycan Qarabağ ermənilərini blokadaya almayıb və heç bir humanitar məqsədli keçidə də mane olmur.
meqale.com