Bölgələrdə baş verən faciəvi qəzalarda ÖLƏNLƏR VAR - VİDEO

İdarəetmədən çıxan avtomobilin aşması faciə ilə nəticələnib. Ana və oğlu dünyasını dəyişib.

Bölgələrdə baş verən faciəvi qəzalarda ÖLƏNLƏR VAR - VİDEO
İdarəetmədən çıxan avtomobilin aşması faciə ilə nəticələnib. Ana və oğlu dünyasını dəyişib.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, ağır qəza Bakı-Qazax-Gürcüstan magistral yolunun Şəmkirin Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 27 yaşlı  Röyal Namazov idarə etdiyi minik maşını ilə   hərəkətdə olarkən sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb

Qəza nəticədə sərnişinlər - 43 yaşlı Dürdanə Nəbiyeva və onun övladı 21 yaşlı  Eyvaz Nəbiyev hadisə yerində keçiniblər. Xəsarət alan 4 nəfər Şəmkir rayon mərkəzi xəstəxansına  yerləşdirilib. 

Siyəzəndəki qəzada isə ata və oğlu ölüb.

Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin sürücüsü Samit Əmirov və azyaşlı övladı dünyalarını dəyişiblər. Yaralananlar xəstəxanaya çatdırılıblar.

Məlumata görə, qəzada ölən sürücü ailəsi ilə birlikdə Bakıya geyim almağa gedirmiş.

Sabirabadın qaratəpə kəndi ərazisində isə iki minik avtomobili toqquşub. nəticədə 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. iki nəfərin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: