Biləsuvarda DƏHŞƏTLİ QƏZA - Bir ailənin altı üzvü...

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Biləsuvarda DƏHŞƏTLİ QƏZA - Bir ailənin altı üzvü...
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini, Nazim Abbasovun idarə etdiyi minik avtomobili qəfildən yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan ailə - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Əkbər Əbdülhəsənli və 2021-ci il təvəllüdlü Tuncay Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar. Sürücü N. Abbasov dünyasını dəyişib.

İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.