“Belə bir təklifin olduğunu deyəndə inanmadım” - Juninyo

"Sao Paulo" ilə oyunu izlədim və inanıram ki, "Flamenqo"ya çox yaxşı uyğunlaşacam. Burada olmaqdan çox xoşbəxtəm və motivasiyam yüksəkdir". 

“Belə bir təklifin olduğunu deyəndə inanmadım” - Juninyo
"Sao Paulo" ilə oyunu izlədim və inanıram ki, "Flamenqo"ya çox yaxşı uyğunlaşacam. Burada olmaqdan çox xoşbəxtəm və motivasiyam yüksəkdir". 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Olavio Juninyo deyib.

Braziliyalı hücumçu rəsmi təqdimat mərasimində başqa təklifləri olduğunu da deyib: "Keçən il Braziliyaya qayıtmaq üçün başqa təkliflər aldım, amma qəbul etmədim. Braziliyaya qayıtmaq istəmirdim. "Flamenqo"da oynamaq isə hər bir oyunçunun arzusudur. Menecerlərim mənə belə bir təklifin olduğunu deyəndə inanmadım. Dəvəti heç düşünmədən qəbul etdim".