Bəhreyn Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevi təbrik edib.

Bəhreyn Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevi təbrik edib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

meqale.com