Baş Prokurorluq bu məlumatı təkzib etdi

Doğru məlumat deyil.

Baş Prokurorluq bu məlumatı təkzib etdi
Doğru məlumat deyil.

Bu, yerli mediada Laçında itkin düşmüş şəhidimizin 31 il sonra cəsədinin tapılması ilə bağlı yayılan məlumat əsasında Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

"Tamamilə əsassizdir", - deyə Baş Prokurorluq Trend-in sorğusuna cavabında qeyd edib.

Qeyd edək ki, yerli media orqanlarında yayılan məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb. Məlumatda o da qeyd olunurdu ki, Rəhman Həsənovun cəsədi 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.