"Barselona"da ölüm: oyun təxirə düşdü

"Barselona"nın La Liqada "Osasuna"ya qarşı bu gecə keçirilməli olan oyunu təxirə salınıb. 

"Barselona"nın La Liqada "Osasuna"ya qarşı bu gecə keçirilməli olan oyunu təxirə salınıb. 

meqale.com xəbər verir ki, buna klubun həkimi Karles Minaryo Qarsiyanın vəfatı səbəb olub. Klub rəsmi bəyanat yayaraq, bu axşam dünyasını dəyişən həkimin vəfatından kədərləndiyini bildirib, şəxsin ailəsinə və yaxınlarına başsağlığı verib. 

Qəfil ölümdən şok keçirən futbolçu və məşqçi heyəti meydançaya çıxa bilməyəcəklərini bəyan ediblər.