"Bakıkart" mobil tətbiqinə maraq artıb - 65 min yükləmə...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, "BakıKart" plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün iyunun 20-də yeni tətbiq istifadəyə verilib.

"Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, "BakıKart" plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər.

İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.

Mobil tətbiqin beta versiyası qısa müddətdə 65 min dəfəyədək yüklənib. İctimai nəqliyyatda mobil tətbiqdən istifadə artmaqdadır", - deyə məlumatda qeyd olunub.