Bakıda körpüdəki çökmə aradan qaldırıldı - FOTO

Bakıda yol ötürücüsü üzərində asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Bakıda körpüdəki çökmə aradan qaldırıldı - FOTO
Bakıda yol ötürücüsü üzərində asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi"ndən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Belə ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

Qeyd edək ki, sözügedən istiqamətdə səhər saatlarında körpüdə çökmə əmələ gəlmişdi.