Bakıda iki marşrutun yolu dəyişdirilir
Sabahdan Bakıda 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti dəyişdirilir.
Bu barədə meqale.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, sabahdan "Pirşağı-Xırdalan-Novxanı-M4" avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.