Bakıda faciəvi şəkildə ölən ofisiantların FOTOları - YENİLƏNİB
Hamı kimi onlar da bu gün işə getmişdi, evə isə qayıda bilmədilər.
meqale.com qafqazinfo-ya istinadən Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin fotosunu təqdim edir.
27 yaşlı Cavidan Muradov (fotoda 1-ci) 20 yaşlı Emil Quliyev (fotoda 2-ci) 19 yaşlı Eltac Əliyev (fotoda 3-cü) 18 yaşlı Əkbər Zeynalov
Faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir.
Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu Tərtər şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğlu isə rayonun Köçərli kənd sakinidir.
Onlar sabah yaşadıqları ünvanda dəfn ediləcəklər.