Bakıda bir nəfər 9 ədəd qaşığı necə udub? - təfərrüat - VİDEO

22:54

Bakıda bir nəfər 9 ədəd qaşığı necə udub? - təfərrüat - VİDEO
22:54

Bakıda bir nəfərin mədəsindən 9 ədəd qaşıq çıxarılıb.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib. Məlumata görə, saat  01:00 radələrində Şəhər Klinik Xəstəxanalarından birinə  bir neçə metal qaşıq udan şəxs barədə təcili tibbi yardım üçün müraciət olunub. Buna qədər isə xəstənin vəziyyətinə görə, o bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Endotraxeal anesteziya altında aparılan və təxminən 4 saat davam edən prosedur zamanı pasiyentin udduğu, iki hissəyə bölünmüş ümumilikdə 9 ədəd 18 parça metal qaşıq təhlükəsiz şəkildə çıxarılıb.

Bildirilir ki, Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış və elə qaşıqları da orada olarkən udub.

O da bildirilib ki, hazırda pasiyent reanimasiya şöbəsində nəzarət altındadır və vəziyyəti stabildir.

Videomaterialı təqdim edirik. 

----------- 10:18 Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

meqale.com xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.