Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü
Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.
meqale.com APA-ya istinadla xəbər verir ki, noyabrın 11-də 3 günlük oğlan uşağı anası, 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova tərəfindən Türkan qəsəbəsi ərazisində dənizə atılaraq öldürülüb.
Polis əməkdaşları P.Eyvazovanı tutub, meyitin tapılması üçün tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.