"Bacımın meyiti dəhşətli işgəncələrə məruz qaldı"

Vaqif Xaçatryanın qurbanı olan ailələrdən biri də bizim ailəmizdir. Ailəmiz Meşəli soyqırımında dörd şəhid verib.

Vaqif Xaçatryanın qurbanı olan ailələrdən biri də bizim ailəmizdir. Ailəmiz Meşəli soyqırımında dörd şəhid verib.

Bunu Trend-ə Meşəli soyqırımının şahidi olan, hazırda Goranboyda Meşəli köçkün şəhərciyində yaşayan Nəzakət Salmanova deyib.

O qeyd edib ki, bir qardaşı əsir götürülüb:

"Qardaşıma dəhşətli işgəncələr vermişdilər. Bacımın meyiti dəhşətli işgəncələrə məruz qalmışdı. Ağzından qızıl dişini çəkmişdilər. Barmağından üzüyünü kəsib götürmüşdülər. Bacımın uşağının nə günahı vardı? Bunları edən Vaqif Xaçatryandır, onun ətrafındakılardır. O faciəni bizə yaşatdılar, elimizdən, obamızdan didərgin düşdük. Az da olsa, təsəlli tapırıq ki, o tutulub. Tələbimiz odur ki, onu azad etmək yox, onun ətrafındakılar da tutulsun. Çünki onlar qəbirlərə də əzab veriblər. Mən dörd şəhidimdən birinin qəbrini tapıb ağlaya bilmirəm".