Azərbaycanlı model ərə gedir - Küçədə sevincdən qışqırdı
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva evlənəcəyini açıqlayıb.
meqale.com lente istinadən bildirir ki, Cihangirdə küçələrin birində müxbirlərlə rastlaşan model məsələ ilə bağlı danışıb.
O, tezliklə ailə həyatı quracağını bildirib.
"Tezliklə evlənəcəyəm. Evlilik təklifi aldım. Mütləq gəlib çəkərsiniz. Adı Daviddir", - Musayeva deyib.
Bildirilir ki, aktrisa müxbirlərdən uzaqlaşdıqdan sonra küçədə "Evlənirəm" deyərək qışqırıb.