Azərbaycanda 60 yaşlı müəllim işdən ÇIXARILDI
Sertifikasiya imtahanından kəsilən, növbəti imtahanda isə iştirak etməyən Goranboy rayonunun Düzqışlaq kənd orta məktəbinin ibtidai sinif müəllimi 60 yaşlı Nailə Həsənovanın işinə xitam verilib.
meqale.com APA-ya istinadən bildirir ki, 59 yaşında imtahanda iştirak edib müvafiq keçid balını toplamayan müəllimlər cari ilin avqust ayında yenidən sertifikatlaşma prosesinə cəlb edilib:
"Həmin müəllimlərin imtahana cəlb olunması ilə bağlı məlumat onların şəxsi kabinetlərinə göndərilib. Goranboy rayon Düzqışlaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nailə Həsənovanın sertifikasiya prosesində iştirakı ilə bağlı məlumat onun şəxsi səhifəsinə göndərilib. Müraciətdə qeyd olunan digər məsələlər araşdırılır".